Bu qərarın doğru olmadığını düşünürəm. İlk olaraq xəbərdarlıq, yaxud şərti cəza tətbiq edilə bilərdi. Ən pis halda bir matç qadağası mümkün idi.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Kənan Məstəliyev Türkiyə millisinin futbolçusu Merih Dəmiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirərkən deyib.
“Niyyətdən çox şey asılıdı. Merih açıqlamasında da deyib ki, mən türkəm, türklüyümü bildirirəm. Bəli, qadağan olunmuş işarələr var, amma hələ bilmək olmaz Bozqurd işarəsi ora aiddi, yoxsa yox? Suallar çoxdu. UEFA-nın qərəz nümayiş etdirdiyini hesab edirəm. Bu qərarı qəbul edən komitənin sədri avstriyalı Tomas Partidi. Türkiyənin məhz Avstriyanı yendiyini və hadisənin məhz bu matçda baş verdiyini düşünsək, şübhə ilə yanaşmağa əsasımız var. Hər şey bu qədər asan olmamalıdır”, - Məstəliyev bildirib.
Qeyd edək ki, UEFA Avstriya ilə oyunda Bozqurd işarəsi göstərdiyinə görə Türkiyə yığmasının oyunçusu Melih Dəmirala iki oyunluq cəza verib.
- Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
- Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva
- Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...
- “Proseslərin başında Ramiz Mehdiyev dururdu” - Rasim Balayev sirləri açdı
- Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər: “Rusların təcrübəsi yoxdur”
- Mehdiyev yenə ifadə verdi - İstintaqa əsa ilə gedib
- MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...