Bu il ali təhsil müəssisələrinə qəbul balları artmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
"Hətta bəzən iddialar səslənir ki, bütövlükdə bu il qəbul balları artacaq. Əlbəttə ki, bunlar hamısı proqnozlardır. Yekun nəticədən sonra reallığın nə olacağını biləcəyik. Mən düşünürəm ki, qəbul balları çox yüksək olmayacaq.
Söhbət qruplardan getmir. Ayrı-ayrı ixtisaslarda ümumilikdə qəbul ballarının artması mümkündür. Hər il bu müşahidə olunur. Bu il də istisna deyil. Bəzi ixtisaslarda qəbul balının endirilməsi də ola bilər. Ümumilikdə ciddi bir fərq olacağını güman etmirəm”, - İ.Orucov bildirib.
O qeyd edib ki, əvvəlki illərlə müqayisədə dövlət sifarişli plan yerlərində artım mövcuddur:
“Bunun səbəblərindən biri də budur ki, bu il Azərbaycanda iki yeni ali təhsil müəssisəsinə - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə də qəbul aparılacaq. Minimum balların da artacağını düşünmürəm. Bütövlükdə tələbə qəbulunda plan yerlərinin ümumi artımı buna imkan verməyəcək".
- Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir
- Ermənistanı özünə dost tutan İran... - Politoloq
- Azərbaycan qırıcıları İranla sərhəddə uçuşlar edib? – Rəsmi
- Bu, İrana müharibə elanıdır – Tehran nəyi seçəcək?
- Pis xəbər - müharibə, yaxşı xəbər - Zəngəzur... - Zülfüqarov
- İkinci xəritə yayıldı: Bu ərazilər də Azərbaycana qaytarılır
- İsrailin hücumu: Azərbaycan şəhərinə dəyən zərər...
- İsrailin hücumu zamanı vətəndaşlarımız zərər çəkib?