Bozqurd işarəsi MHP işarəsi deyil. MHP-nin bundan xəbəri belə olmayıb. Bu işarəni Türkiyə ilə tanış edən Azərbaycan millətçiləri olub. Bozqurd işarəsi Azərbaycandan gəlib.
BUTA.TV xəbər verir ki, bunu türkiyəli yazar və jurnalist Yılmaz Özdil deyib.
Onun sözlərinə görə, məhz Bakıdan sonra bu işarənin Türkiyədə göstərilməsinə başlanılıb:
“1991-ci ildə Elçibəy Bakıda milyonluq mitinq təşkil etdi və orada istirak edən Alpraslan Türkeş insanların bozqurd işarəsi göstərməsindən vəcdə gəlmişdi. Məhz Bakıdan sonra bu işarənin Türkiyədə göstərilməsinə başladıq. Bəziləri gedib Rabiyə işarəsini gətirir, gerçək millətsevərlər də Bozqurdu seçdi".
Qeyd edək ki, Alparslan Türkeş Azərbaycana 1991 deyil, 1992-ci ildə gəlib və o özü də Bozqurd işarəsini burda ilk dəfə gördüyünü və Türkiyəyə apardığını demişdi.
Ümumilikdə isə Türkiyədə türkçülüyün əsası Əli bəy Hüseynzadənin adı ilə bağlıdır.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı