Məsud Pezeşkianın İran prezidenti seçilməsi ölkədə yaşayan türk, ərəb və başqa zülmə məruz qalan qeyri-fars xalqların düşmənlərinin məğlubiyyətidir.
BUTA.TV xəbər verir ki, bu sözləri mühacirətdə yaşayan İran ərəblərinin nüfuzlu siyasi fəalı, yazıçı Yusif Əzizi Bənitorəf deyib.
O, Məsud Pezeşkianın adı olan secici bülleteninin üzərində ərəbcə “Azərbaycan, gözün aydın! Doktor Məsud Pezeşkian, Azərbaycan, Əl-Əhvaz, birlik-birlik" mətni yazılmış foto paylaşıb:
“İran prezident seçkilərində doktor Məsud Pazeşkianın qələbəsi, əsasən, türk, ərəb və digər İran xalqlarının əleyhdarlarının, monarxistlərin, antitürklərin və digər düşmənlərin məğlubiyyətidir. O, möcüzələr göstərməyəcək, amma dost Azərbaycan xalqına və İrandakı digər xalqlara minimum tələblərinə çatmaq üçün az da olsa, inam yaradacaq”.
- İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?
- Əsədov Daşkənddə Qarabağla bağlı çağırış etdi
- Kreml istəyir ki, Bakı Krımı Rusiyanın tərkibində tanısın
- Azərbaycan XİN Avstriyaya başsağlığı verdi
- Berdiməhəmmədov Azərbaycana gəlir
- Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?
- İrəvan Zəngəzura razılaşsa, İran nə edəcək?
- Rusiya Qarabağla bağlı yenə nə “plan” qurub?