Misirin "Fyuçe" klubunun futbolçusu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə onun klubunun mətbuat xidməti məlumat yayıb.
Martın 11-də Misir çempionatında "Əl-İttihad"la matçda Refatın ürəyi dayanıb və o, huşunu itirərək meydana yıxılıb. Daha sonra xəstəxanaya çatdırılan futbolçunun ürəyi bir saat döyünməyib. Bir aydan sonra evinə buraxılan Misir millisinin üzvü müalicəsini davam etdirib.
Hücumçunun ölüm səbəbi ilə bağlı konkret məlumat verilməsə də vəziyyətinin kəskin pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib.
Qeyd edək ki, Ə.Refat karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-Vahda", Misirin “Əl-İttihad”, “Zamalek”, "Əl-Məsri" və bir sıra klublarında çıxış edib. O, Misir millisində meydana çıxdığı 7 oyunda 2 qola imza atıb.
- “Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?” – Allahverdi Aydın
- Şok xəbərdarlıq: Zəlzələ dalğası bu bölgəyə doğru gəlir!
- Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR
- Yaponların uzunömürlülüyünün sirri nədədir?
- Sahibə Qafarova Qazaxıstana səfər etdi
- Xankəndidəki qalmaqal: sahibkar cavab yazdı – Nə baş verir?
- Uşaq bağçaları ilə bağlı lisenziyaya yenidən baxılmalıdır
- Vüqar Mustafayev Cakartada müdafiə sərgisində