Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
“İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün maliyyə sektorunda əlaqələri gücləndirmək lazımdır. Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılması lazımdır. Mən Türk dövlətlərinin Patent Təşkilatının yaradılmasını da təklif edirəm. Bu il Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının təsis iclası keçirilib. Əminəm ki, onun fəaliyyəti iqtisadiyyatın, maliyyə-investisiya sahəsinin inkişafına müsbət təsir göstərəcək”, - o vurğulayıb.
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu ərazilərə qar yağır - Faktiki hava
- Ağstafaya əlavə qatar reysləri təyin edildi
- Bu şəxslərə birdəfəlik müavinət veriləcək
- Bakıda tuneldə batanlar çörək paylayırmış...
- Bu prospektdə məhdudiyyət tam aradan qaldırıldı
- Azərbaycanda leysan gözlənilir - Xəbərdarlıq
- DYP yollarda qabaqlayıcı tədbirlər görür