Bakıda İçərişəhər ərazisində qala divarlarının bir neçə metrliyində iaşə obyektinin tikintisi işləri aparılıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunur ki, İçərişəhərdəki qala divarlarının qarşısında restoran fəaliyyəti göstərilməsi üçün qanunsuz tikinti işi aparılır. Bu, qala divarlarının qarşısının kəsilməsinə və onsuz da gediş-gəlişin sıx olduğu ərazidə daha böyük hərəkət məhdudiyyətinin yaranmasına səbəb olacaq.
Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, ərazi qoruğa aid deyil.
Səbail Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, koordinatlarla həmin ərazi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati ərazisinə aiddir.
- Əsədov Daşkənddə Qarabağla bağlı çağırış etdi
- Kreml istəyir ki, Bakı Krımı Rusiyanın tərkibində tanısın
- Azərbaycan XİN Avstriyaya başsağlığı verdi
- Berdiməhəmmədov Azərbaycana gəlir
- Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?
- İrəvan Zəngəzura razılaşsa, İran nə edəcək?
- Rusiya Qarabağla bağlı yenə nə “plan” qurub?
- Bu, Moskva və Bakı arasında problem yaradacaq