Britaniyanın yeni Baş naziri Keyr Starmer jurnalistlər üçün ilk mətbuat konfransını keçirib.
BUTA.TV xəbər verir ki, o, yeni hökumətin artıq fəaliyyətə başladığını bildirib. K.Starmer iyulun 7-də Böyük Britaniyanın bütün dörd ölkəsini ziyarət etmək üçün səfərə çıxacağını diqqətə çatdırıb.
“Əvvəlcə Şotlandiyaya, sonra Şimali İrlandiyaya, daha sonra Uelsə gedəcəyəm, orada birinci nazirlərlə görüşəcəyəm”, - o qeyd edib.
Baş nazir deyib ki, o, Böyük Britaniyada fərqli iş üsulu qurmaq istəyir. Starmer vəzifəyə gəldikdən sonra artıq bir sıra dünya liderləri ilə danışdığını və NATO Sammiti üçün növbəti həftə Vaşinqtona gedəcəyini qeyd edib.
Baş nazir çıxışında təhlükəsizlik və müdafiə məsələlərinin hökumətin bir nömrəli vəzifəsi olduğunu vurğulayıb.
- İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?
- Əsədov Daşkənddə Qarabağla bağlı çağırış etdi
- Kreml istəyir ki, Bakı Krımı Rusiyanın tərkibində tanısın
- Azərbaycan XİN Avstriyaya başsağlığı verdi
- Berdiməhəmmədov Azərbaycana gəlir
- Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?
- İrəvan Zəngəzura razılaşsa, İran nə edəcək?
- Rusiya Qarabağla bağlı yenə nə “plan” qurub?