İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Qalınçaq kəndində Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.
Yanğın zamanı ev sahibi, 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub.
Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
- İsti havalarda bu məhsulları yemək təhlükəlidir
- Niyə uçmadı? Bakıya təcili enən nəhəng təyyarə:
- Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab
- Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama
- Rusiya heç Ukraynanı məğlub edə bilmir – Orban
- Atasının başını yarıb, qızını qaçırdılar...
- Bu rayonda yasda ehsan verilməsi ləğv edildi
- Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan