Amerika Kuboku: Braziliya məğlub oldu

11:12 - 7 İyul 2024 - GÜNDƏM

 Amerika Kuboku: Braziliya məğlub oldu

Braziliya yığması ABŞ-da keçirilən Amerika Kubokunun 1/4 finalında Uruqvaya məğlub olub.

BUTA.TV xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb, penaltilər seriyasında uruqvaylılar daha güclü olublar (4:2).

Yarımfinalda Uruqvay 1/4 finalda Panamaya 5:0 hesabı ilə qalib gələn Kolumbiya ilə qarşılaşacaq.

Digər yarımfinal cütünün Argentina və Kanada olduğu bildirilir.

Qeyd edək ki, Argentina Amerika Kubokunun hazırkı qalibidir və Uruqvayla birlikdə turnirin ən titullu iştirakçısıdır (onlar kuboku 15 dəfə qazanıblar).


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol