Tez-tez istifadə etdiyimiz ət məhsullarından biri də kolbasadır. Belə ət məhsulları hazırlanarkən müəyyən dadverici qatqılardan istifadə edilir. Bu isə insan həyatı üçün təhlükəlidir.
BUTA.TV ATV-yə istinadən məlumatına görə, son günlərdə isə "CF Kristal" adlanan kolbasalarda zərərli maddələr aşkarlandığı iddia edilir.
Qida sahəsi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, kolbasanın tərkibində olan maddələr insanda mədə pozğunluğuna gətirib çıxarır:
"Belə maddələrdən əsasən işlənmiş ətlərdə istifadə olunur. Ancaq qatqılardan istifadə edərkən onun miqdarına xüsusi fikir verilməlidir".
Həkim-diyetoloq Şəfa Yadigarova deyib ki, kolbasa və sosis məhsullarından istifadənin əleyhinədir. O vurğulayıb ki, hər hansı bir ət məhsulunu kolbasa məhsuluna gətirib çıxarmaq üçün ona rəngverici və dadverici maddələr qatırlar.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bu kimi hallara qarşı mütəmadi olaraq yoxlamalar aparıldığı vurğulanıb.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı