Fidanın Şuşadan verdiyi təklifə Kremldən cavab

16:08 - 8 İyul 2024 - GÜNDƏM

 Fidanın Şuşadan verdiyi təklifə Kremldən cavab

Rusiya Ukrayna məsələsinin diplomatik yollarla həll edilməsi ilə bağlı Türkiyənin fikrini dəstəkləyir.

BUTA.TV xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Əlbəttə, müzakirələrdən heç vaxt imtina etmədik. Əksinə, bütün tərəflərin iştirakı ilə müzakirələrin aparılmasını dəstəkləyirik. Hazırda belə bir platforma yoxdur. Və bu mövzuda Fidanla həmfikirik. Belə bir platforma olsaydı, yaxşı olardı”, - Peskov bildirib.

Xatırladaq ki, Türkiyə XİN başçısı Hakan Fidan Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qütbləşmənin qarşısını almaq üçün diplomatiyaya üstünlük verən sülh platformasının yaradılmasını təklif edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol