Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin gündəliyi bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“NATO-nun yaranmasının 75-ci ildönümü ilə bağlı keçiriləcək sammitdə təşkilatın coğrafiyası üçün çağırışlar və risklər qarşısında alyansın çəkindirmə və müdafiə səyləri, həmçinin Ukraynadakı vəziyyət və Kiyevə dəstək kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Sammitin gündəliyinə terrorizmlə mübarizə məsələləri də daxil ediləcək”, - qeyd olunub.
Bundan əlavə, Ərdoğanın dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-11 iyul tarixlərində baş tutacaq NATO Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün ABŞ-a səfər edəcək.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı