ABŞ Tiflislə bütün proqramları ləğv etdi – yenidən “baxır”

22:30 - 8 İyul 2024 - GÜNDƏM

 ABŞ Tiflislə bütün proqramları ləğv etdi – yenidən “baxır”

ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını yenidən nəzərdən keçirir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq, lakin hazırda Gürcüstanla bütün əməkdaşlıq proqramlarımız yenidən nəzərdən keçirilir”, - o bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan “Soylu Tərəfdaş” (Noble Partner) birgə təliminin “strateji münasibətlərin yenidən nəzərdən keçirilməsi səbəbindən” qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.

Xatırladaq ki, ABŞ Ermənistanla 15 iyuldan 24 iyula qədər “Eagle Partner” təlimləri keçirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol