Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Zirə"nin "Şerif"lə səfər oyununun ölkəmizdə yayımlanıb yayımlanmayacağı sual altındadır.
BUTA.TV xəbər verir ki, bu barədə Fanat.Az-a açıqlamasında "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov deyib.
Kanal rəsmisi Moldova tərəfindən cavab almadıqlarını, lakin danışıqların davam etdiyini bildirib: "Təmsilçilərimizin avrokubok oyunlarını yayımlamaq istəyimiz var. Bu mənada ilk olaraq "Zirə"nin "Şerif"lə səfər matçı üçün bir neçə gün əvvəl Moldova klubu ilə əlaqə yaratmışıq. Açığı, bizə qiymət demədilər. Sadəcə, gözləməyi məsləhət gördülər. Onların oyuna az qalmış istəyəcəyi məbləğ yüksək ola bilər. Ümumiyyətlə, bu gün və ya uzağı sabah bizə məlumat verməlidirlər ki, hazırlaşaq".
Qeyd edək ki, "Şerif" - "Zirə" oyunu iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək və qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
- Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...
- Rusiya səfirliyimizə raket atdı
- Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan
- Prezident Maqdalena Qrononu qəbul etdi - Foto
- Bakı və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...