Yasamal, Binəqədi, Səbail, Xətai və Xəzər rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 09.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan BUTA.TV-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Parlament prospekti, M.Müşviq, N.Nərimanov, Ə,Ələkbərov, A.Sultanova, İ.Qutqaşınlı, H.Cavid, A.Ağayev, S.Dağlı, G.Əsgərov, M.Rahim, Ə.Xanbabayev, K.Kazımzadə küçələri), Binəqədi rayonunun (N.Nərimanov, S.S.Axundov, Ş.Məmmədova, Ə.Rəcəbli, 3126-cı məhəllə, Union Park yaşayış kompleksi), Səbail rayonunun (Badamdar qəsəbəsi, 60-cı küçə və İçəri şəhər), Xətai rayonunun (M.Hadi, X.Məmmədov, R.Məmmədov küçələri və Əhmədli kəndi) və Xəzər rayonunun (Türkan Üzümçülük və Bağlar yaşayış massivləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı