Təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi PUA hücumu səbəbindən müvəqqəti olaraq məhdudlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” hava limanına istinadən məlumat yayıb.
“Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərlə əlaqədar Həştərxan hava limanının cədvəlində dəyişikliklər baş verib. Sərnişinlər Həştərxan hava limanının internet saytından uçuş statusu ilə bağlı aktual məlumat əldə edə bilərlər”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ukrayna bu gecə Rusiyanın 6 vilayətinə kütləvi hücum edib.
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir