Qazaxıstanlı məşhur sənətçi Aidana Kabdylova Bakıya səfər edib.
Kult.az Musavat.com-a istinadən xəbər verir ki, Aidana Kabdylova Bakının ən mənzərəli yerlərindən biri olan Dağüstü parkda dombra ifası ilə diqqət çəkib.
Sənətçi bununla bağlı İnstaqram hesabında paylaşım edib. Aidana Kabdylova sözügedən ifasını Milli "Dombra Günü"nə həsr edib.
"Dombra gününüz mübarək olsun", - deyə Kabdylova paylaşımında qeyd edib.
Onu da bildirək ki, Aidana Kabdylova 6 yaşından bəri dombra ifa edir. İstanbulda yaşayan məşhur sənətçinin 25 yaşı var.
Qeyd edək ki, Qazaxıstanda hər il iyulun ilk bazar günü qazaxıstanlılar Milli Dombra Gününü qeyd edirlər. "Milli Dombra Günü" 2018-ci ildə prezidentin sərəncamı ilə təsdiq edilib. Bayram milli mədəniyyəti və özünəməxsusluğu qoruyub saxlamaq və yaşatmaq məqsədi ilə təsdiq edilib.
Aidana Kabdylovanın Bakıda lentə alınan ifasını təqdim edirik:
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü