“Ananız sizi yalnız deputat olmaq üçün doğub?” - Yazıçıdan sərt sözlər

16:38 - 11 İyul 2024 - CƏMİYYƏT

 “Ananız sizi yalnız deputat olmaq üçün doğub?” - Yazıçıdan sərt sözlər

Artıq siyasi partiyalar sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə iddi hazırlaşır. Qanuna müvafiq olaraq partiyalar və ayrı-ayrı şəxslər addımlar atır, seçkidə qalib olmaq üçün əllərindən gələni edəcəklərini bildirirlər. 

Lakin hər dəfə seçki ərəfəsində tanınmayan, hətta öz məhləsində belə sayılıb-seçilməyən şəxslər də namizədliyini irəli sürür. 

Bəs görəsən, bu şəxsləri seçkiyə qatılmağa nə vadar edir? Onlar bunu pafos xatirinə edirlər, yoxsa hər hansı məqsədləri var? 

Məsələ ilə bağlı BUTA.TV-a danışan yazıçı, sabiq deputat Xeyrəddin Qoca bu şəxslərin məqsədini açıqlayıb: 

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Bakıda mühüm addım atıldı - Nazir

“Bunların bu hərəkətləri illərlə məni də düşündürür. Gördüyüm, müşahidə etdiyim bəzi hərəkətləri açıqlayıram. 

Əvvəla, belələri demək istəyirlər ki, "mən də varam!"

İkincisi, bilirlər ki, seçilməyəcəklər, yenə də namizədliklərini verirlər ki, gələcəkdə desinlər  "camaat səs vermişdi, haqsızlıq edib məni seçmədilər!”

Üçüncüsü, fikirləşirlər ki, eyni seçki dairəsindən namizədliklərini verənlər gəlib nəyinsə müqabilində onlara namizədliklərini geri götürmələrini xahiş etsinlər, bəlkə bir qazancları oldu! 

Dördüncüsü, insanlar onlar haqqında fikirləşsinlər ki, "deməli, gələcəkdə deputat ola bilərlər, onlara hörmət-izzət göstərsinlər"... 

Belə "havalarla" uzun müddət yaşayırlar, axırda da ölüb gedirlər, heç kim də onları xatırlamır!”

Yazıçı dəfələrlə deputatlığa namizəd olanlar barədə də danışıb:

“Məni ikinci, üçüncü, dördüncü, beşinci, altıncı dəfə deputatlığa namizədliklərini verənlər və iki dəfə işin öhdəsindən gələ bilmədikləri üçün öz ərizələri ilə deputatlığa istefa verənlər də maraqlandırır. Adamdan soruşarlar, nə görmüsünüz ey, bu deputatlıqda? Ananız sizi yalnız deputat olmaq üçün doğub? Başqa iş-güclə məşğul olsanız, dünya dağılar? Deməli, başqa qabiliyyətiniz, bacarığınız yoxdur! Rahat kresloda oturmaq sizlərə ləzzət verir! 

Bu yaxınlarda bir televiziyada məndən müsahibə alarkən soruşdular ki, "deputatlığa namizədliyinizi verəcəksiniz? Dedim, "qətiyyən, yox!" Soruşdular "niyə?"  Mən də cavab verdim ki. "1-ci çağırış Milli Məclisin deputatı olmuşam, bəsdir!" 

Seçilməyəcəklərini bilə-bilə, özlərinin də, yaxınlarının da vaxtını niyə fövtə verirlər, bilmirəm! 

Son zamanlar deputat seçilmək üçün dəridən-qabıqdan çıxanlar mətbuatda -  KİV- lərdə özlərini yada saldırmağa çalışırlar. Qələm dostlarından xahiş edirlər, yazsınlar ki, bəs, "filankəsi deputatlığa namizəd göstərmək istəyirlər, şansı da böyükdür!" Hətta, bəziləri dövlət başçısına müraciət edərək, kimi isə deputat kimi görmək istəyirlər! Çox gülünc görünmürmü? Ərizə ilə, məktubla, məqalə ilə, xahiş-minnətlə deputat seçilmək olar? Açıq desəm, belə ağılsızlardan deputat olar?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol