ŞOK: Sərnişinlər ayaqyolunda getməyə məcbur oldular - VİDEO
Video
Sosial şəbəkələrdə ADY-nin 08:52 Sumqayıt–Bakı qatarında çəkildiyi bildirilən görüntülər yayılıb.
Görüntülərdən qatarda sərnişin sıxlığının yüksək olduğu görünür. İddialara görə, sıxlıq səbəbindən bəzi sərnişinlər hətta qatarın ayaqyolu hissəsində dayanmalı olublar.
Paylaşılan videoda sərnişinlərin qatarın keçid hissəsində sıx şəkildə dayandığı müşahidə edilir.
Görüntülərin hansı tarixdə çəkildiyi və qatarın həmin reysində yaranmış sıxlığın səbəbi barədə əlavə məlumat verilməyib.
BUTA.TV olaraq məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının (ADY) mövqeyini də təqdim etməyə hazırıq
Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"