Bakıda noyabrda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlament iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu VI çağırış Mili Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda BRİKS ölkələrinin Parlament Forumunda çıxış edərkən deyib.
Parlamentləri iqlim böhranının həlli yollarının tapılmasında fəal olmağa səsləyən S.Qafarova vurğulayıb ki, bu görüş parlamentarilər üçün fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılması üçün əlverişli fürsət olacaq, həmçinin bu sahədə çoxtərəfli fəaliyyətin həyata keçirilməsinə parlament töhfəsini verəcək.
Sahibə Qafarova tədbir iştirakçılarını parlament iclasına dəvət edib.
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı