Bu gün axşam saatlarında Hirkan Milli Parkının Lənkəran rayonu Yuxarı Təngivan kəndi yaxınlığında yanğın hadisəsi baş verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev BUTA.TV-a bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb meşədə giləmeyvə yığan kənd sakinlərinin odla ehtiyatsız davranmaları olub.
"Hadisə yerinə Milli Parkın, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir zamanda söndürülüb. Yanğın nəticəsində quru ot örtüyü yanıb".
Xidmət rəisi qeyd edib ki, təbiətdə olarkən vətəndaşların ehtiyatsızlığı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməmələri, təəssüf ki, belə fəsadlarla nəticələnir, meşə sahəsinə, ətraf mühitə ziyan dəyir.
"Bir şəxsin ehtiyatsızlığı bəzən hektarlarla meşəlikdə yanğın fəlakətinə gətirib çıxarır. Odur ki, hər kəsə, xüsusilə ətraf kəndlərdə yaşayan sakinlərə müraciət edirik, təbiətdə olarkən məsuliyyətli davranmağı, odla ehtiyatlı olmağı unutmayın və yanğına səbəb olmayın”.
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı