Türkiyənin Çanaqqala vilayətinin sahillərində, Gökçeadanın Zürafə Qayalıqları yaxınlığında türk balıqçı gəmisi yunan katerinin hücumuna məruz qalıb.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan kateri İlker Özdəmir adlı Türkiyə vətəndaşına məxsus 12 metrlik “Qızıl Alma” adlı qayığa sürətlə çırpılaraq ona ciddi zərər verib.
Hadisə zamanı Özdəmir və oğlu Efe Özdəmir də xəsarət alıb.
Əraziyə Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının 3 kateri gəlib və yaralıları oradan təxliyə edib.
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı