İtaliyanın Siciliya adasındakı Kataniya hava limanında Etna vulkanı səbəbindən onlarla uçuş ləğv edilib və ya təxirə salınıb.
BUTA.TV xəbər verir ki, günün sonuna qədər hava limanında fasilələr yaransa da, hələ açıqdır. Bəzi təyyarələr Palermoya yönləndirilib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu Etna kraterlərindən birində aktivliyin tədricən artdığını təsdiqləyib. Kül sütununun cənub istiqamətində yayıldığı bildirilir.
Etna Siciliyanın şərq sahilində yerləşən stratovulkandır. O, Avropanın ən yüksək aktivliyə malik vulkanıdır. Etnanın maksimum hündürlüyü aralarındakı püskürmələr və çökmələr nəticəsində dəyişir. Vulkan 1190 kvadrat kilometr ərazini əhatə edir və İtaliyanın ən böyük aktiv vulkanı sayılır.
Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər: “Rusların təcrübəsi yoxdur”
- Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama
- Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan
- Mirzoyandan dəhliz açıqlaması
- Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar
- Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...
- Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi
- Türkiyə XİN Azərbaycanı təbrik etdi
- Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!