Mərkəzi Seçki Komissiyası (MSK) daha bir neçə partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrini qeydə alıb.
BUTA.TV xəbər verir ki, bu barədə məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq, Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, ümumilikdə MSK 20 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı