ABŞ pul qazanmağa davam edir: Avropa bizim raketlərimizin, ölkəmiz isə Avropada yerləşən Amerika raketlərinin hədəfindədir. Bu raketlərin qarşısını almaq üçün bizim kifayət qədər potensialımız var. Lakin potensial qurbanlar bu ölkələrin paytaxtlarıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov yerli mediaya müsahibəsində deyib.
Peskov əlavə edib ki, bütün bunları əvvəllər də yaşamışıq:
“Birləşmiş Ştatlar müxtəlif diapazonlu, müxtəlif növ raketləri ənənəvi olaraq ölkəmizə qarşı yerləşdirib. Ölkəmiz də müvafiq olaraq bu Avropa nöqtələrini raketlərimiz üçün hədəf kimi müəyyən edib”.
Xatırladaq ki, ABŞ Avropada, xüsusilə Almaniyada "Tomahavk" yerləşdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Peskov bundan öncə də Avropa paytaxtlarının “potensial təhlükədə” olduğunu bildirmişdi.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur