Xeyli müddətdir İrəvanda velosiped yürüşləri təşkil etməklə gündəmə gələn Ermənistan Baş naziri Nikol Paşinyan indi də səfər etdiyi Berlində veloyürüşə çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Paşinyan özü sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün Berlində velosiped yürüşü oldu. Yaşasın velosiped!” - o yazıb.
Qeyd edək ki, ötən gün Paşinyan arvadı və qızı ilə Almaniyanın paytaxtına adi sərnişin təyyarəsində uçduğu görüntüsünü yaymışdı. Sonradan bəlli oldu ki, Paşinyan və ailəsi Berlində keçirilən Avro-24-ün final oyununu canlı izləməyə gedibmiş.
Onun bugündən məzuniyyətdə olduğu rəsmən açıqlanıb.
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava