Macarıstan Baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çinə səfərindən sonra AB liderlərinə özünün sülhməramlı missiyasının nəticələri və Budapeştin sülh təklifləri barədə məlumat verib.
BUTA.TV xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaz Orban deyib.
O qeyd edib ki, Orbanın planı indi hər bir AB liderinin masasındadır:
“Baş nazirin Kiyev və Moskvaya səfərlərindən aydın oldu ki, Ukrayna və Rusiyanın döyüşməkdə qərarlıdırlar. Xarici vasitəçilərin müdaxiləsi olmadan, təəssüf ki, yaxın aylarda çox ciddi dağıntılar görəcəyik".
O bildirib ki, Macarıstan potensial vasitəçilər - Çin, Türkiyə və Donald Trampla danışıqlara başlayıb:
“Ancaq avropalılar və indiki ABŞ administrasiyası müharibənin davam etdirilməsinin tərəfdarıdır”.
Xatırladaq ki, Orbanın sülh planında nələr olduğu açıqlanmayıb.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı
- Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib