Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Yunis Vasif oğlu Abbasova şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.
BUTA.TV xəbər verir ki, bunu Report-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
“Həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir. Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər”, - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Yunis Vasif oğlu Abbasov baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı
- Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib