Donald Trampın Pensilvaniya ştatında keçirilən seçki kampaniyasına qatılanlar prezidentliyə namizədə atəş açan şəxsi damda görüblər və hadisədən iki dəqiqə əvvəl polisə xəbər veriblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” şahidlərdən birinin lentə aldığı videoya istinadən məlumat yayıb.
Videoda mitinq iştirakçılarının Trampa qarşı sui-qəsdin həyata keçirildiyi ağ binanın damında uzanmış kişiyə işarə etdikləri əks olunub.
Məqalədə qeyd edilir ki, videodakı səs yazısında onların təhlükəsizlik işçilərinin diqqətini cəlb etməyə çalışdığını da eşitmək olar.
NYT-nin məlumatına görə, video Amerika vaxtı ilə saat 18:09-da - atışma səslərinin eşidilməsinə düz iki dəqiqə qalmış lentə alınıb.
Videoda polis məmurunun cinayət yerinə yaxınlaşması da əks olunub, lakin onun şahidlərin xəbərdarlıqlarını eşitdiyi və ya damda potensial atıcı olduğunu bilib-bilmədiyi məlum deyil.
Bundan başqa, videoda atəş açılan binanın yanındakı dayanacaqda üç polis maşını görünür. Lakin bu maşında polis əməkdaşlarının olub-olmaması bəlli deyil.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı
- Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib