Azərbaycan Texniki Universitetinin tələbəsi Əpl şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Tələbəmiz şirkətdən rəsmi sertifikat və mükafat qazanıb. Əpl bununla bağlı qalibə bildirişlər göndərib və mükafatını da poçtla göndərib.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.
Onun sözlərinə görə, Əpl şirkəti də göndəriş sənədində malın mükafat olduğunu qeyd edib:
“Qalib tələbəmiz “Smart Customs”da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb onu qalibə veriblər.
Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib. Əlbəttə zaman-zaman hədiyyə ilə bağlı da belə problemlər olur.
Amma DGK uzun illərdir ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir.
Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel mükafatı (1 milyon avro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş.
Xatırladım ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər.
Bu, doğru bir hal deyil və uzun müddətfdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir.
DGK tez-tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər.
Düşünürəm ki, əgər deyilənlər reallığı əks etdirirsə, DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər.
Ümid edirəm nəzərə alacaqlar”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər