Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq.
BUTA.TV xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərəcək.
Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək.
Bu gün daha bir Azərbaycan paraüzgüçüsü medal qazanmağa çalışacaq. Vəli İsrafilov (SB13) 100 metr məsafəyə brass üsulu ilə yarışacaq. 16 üzgüçü arasında ən yaxşı 8 nəfər finala adlayacaq. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə 11:30-da başlayacaq. Final mərhələsi isə 19:30-da başlayacaq.
Qeyd edək ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov