Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin tələbəsi Əpl şirkətinin hər il keçirdiyi "Swift Student Challenge" kodlaşdırma yarışının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.
Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər.
BUTA.TV xəbər verir ki, DGK-dan Oxu.az-a sözügedən məhsulun (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirildiyi bildirilib.
"Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Faktla bağlı Dövlət Gömrük Komitəsi olaraq ictimaiyyətin diqqətinə çatdırırıq ki, vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən Əpl markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib.
Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib.
Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb", - deyə məlumatda qeyd olunub.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək