Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Ermənistan-Azərbaycan sərhədində işləyən AB-nin Ermənistandakı missiyasının monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olduğunu bildirib.
Həmçinin, son günlərdə Ermənistan sərhəddə bir neçə dəfə təxribat törədib. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Kəlbəcər rayonu və Naxçıvanda yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
BUTA.TV xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Unikal-a açıqlamasında ermənilərin məqsədini anlamağın çətin olduğunu bildirib.
"Vizual şəkildə hansı kəşfiyyat məlumatını toplamaq olar, bu da sual altındadır. Əminəm ki, kəşfiyyat məlumatları onlara Fransa tərəfindən ötürülür. Onlar bu məlumatları müxtəlif müasir üsullar və avadanlıqlarla toplayırlar.
Ermənilər Fransa Prezidenti Emmanuel Makronun ölkələrinə səfəri olacağını planlaşdırırlar. Son günlərdə sərhəddə təxribatlar törətmələri də məhz bununla bağlıdır.
Ermənilər göstərmək istəyirlər ki, guya, onlar üçün təhlükə var. Bu barədə hansısa bəyanatların və vədlərin verilməsini istəyirlər.
Yəni, həmişəki kimi, ermənilər təxribat xarakterli siyasət yürüdürlər və köhnə üsullarından istifadə edirlər", - deyə o qeyd edib.
- Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
- “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb” - Video
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq