Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb.
BUTA.TV xəbər verir ki, Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.
- Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib