Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır, ancaq yeni reallıqlar əsasında...
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində deyib.
“Həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir. Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz bu prinsiplərə qayıtmağa hazırıq, amma təbii ki, yeni reallıqlar nəzərə alınmaqla... Çünki o vaxtdan 2 il yarım keçib. Bu reallıqları prezident Vladimir Putin də açıqlayıb, Ukrayna, Rusiya və Qərb arasında nizamlanmanın yolunu göstərib”.
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır