Ətin qiymətində müşahidə olunan artım restoran menyularına da ciddi təsir edib…
BUTA.TV xəbər verir ki, restoran inzibatçıları deyirlər ki, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymətinin artması normal hesab olunur. Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq restoran sahiblərinə sərf etmir. Bu səbəbdən də bəzi menyuların qiyməti 10-15 manat artıb.
Restoranlar arasında elələri də var ki, menyunun qiymətini stabil saxlamaq üçün müxtəlif üsullara əl atırlar. Onlardan biri də menyunun tərkibində dəyişiklik etməkdir.
İnzibatçılar deyirlər ki, ətin qiymətindəki artım menyu qiymətlərinə təsir etdiyindən müştəri bazasında da ciddi azalma var.
Qeyd edək ki, son artımdan sonra dana ətinin 1 kiloqramı 15-19 manat, quzu ətinin isə 1 kiloqramı 20-25 manat arası təklif olunur.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video