ABŞ Prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollarlıq yeni yardım paketini açıqlayacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Almaniyada keçirilən iclasında deyib.
Onun sözlərinə görə, təhlükəsizliklə bağlı yeni yardım paketi Ukraynanın ehtiyaclarını ödəməyə kömək edəcək.
ABŞ müdafiə naziri həmçinin əmin edib ki, Ukraynaya yeni yardımlar müharibə sürətinə uyğun olaraq göndəriləcək.
Ostin ABŞ-ın Ukraynaya 4 milyard dollardan çox yardım göstərməyi öhdəsinə götürdüyünü də xatırladıb.
- Mehdiyevin nəvəsi yarım milyonluq "Lamborcini" ilə gəzir - Video
- İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi
- Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama
- Mehdiyevin siyahısı: 50 nəfərdən 2-sinin adı açıqlandı
- “Tramp yolu” bunlara şərait yaradır - Simonyan
- Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
- Mirzoyanı döyən idmançıya hökm oxundu
- Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan