Beyləqan rayonununda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs edilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mersedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Əli İbadova “saxla” işarəsi verib.
"Araşdırmalarla sürücünün narkotiklərin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyən edilib. Ə.İbadov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib", - məlumatda qeyd olunub.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video