Son vaxtlar ölkədə toyuq əti bahalaşıb.
BUTA.TV-ın “Xəzər Xəbər”ə istindən məlumatına görə, qiymət artımını satıcılar da təsdiqləyirlər.
Satıcıların sözlərinə görə, toyuq ətinin birdən-birə bahalaşması satışa da təsir edib.
İqtisadçı Xalid Kərimli deyir ki, toyuq yemi üçün məhsul qıtlığı qiymət artımına səbəb olub. Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması qiymətlərə təsir edir.
Ekspert həmçinin bildirib ki, son dövrlər qoyun və mal ətinin də bahalaşması quşçuluq məhsullarının qiymətinə təsir edən amillərdəndir.
Məsələ ilə bağlı "Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyindən bildirilib ki, qiymət artımının səbəbi broylerlərdə yetişdirmə prosesinin gecikməsidir. Bu isə yemlərin əlavə və qatqılarının olmaması ilə bağlıdır. Belə ki, yem əlavə və qatqılarının çatışmaması səbəbindən əvvəllər 35 günə yetişdirilən quşlar indi 48 günə kəsimə hazır olur.
- Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!
- Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto
- Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?
- BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər
- Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi
- Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi
- Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto