Ay-Min MMC-yə məxsus "Flaqman" əmtəə nişanlı sosis məhsulunun içərisindən naməlum tullantı çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a hadisə ilə rastlaşan vətəndaş müraciət edib.
Şikayətçi Hicran Həsənov qeyd edib ki, sosisi Balakən rayonundakı marketdən alıb:
"Hər zaman alış-veriş etdiyimiz rayon marketindən "Flaqman"ın "Südlü" markalı sosisini aldıq. Sosisi evə gətirəndən sonra ailəlikcə bir neçəsini yedik. Əvvəlcə bacım dedi ki, bundan çox pis iy gəlir. Bir az da yedikdən sonra iyrənc mənzərə ilə rastlaşdıq. Hamımız yediyimizi qaytardıq".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".
Məlumat üçün bildirək ki, Ay-Min MMC-yə məxsus "Flaqman" əmtəə nişanlı ət məhsulları ilə bağlı əvvəllər də oxşar situasiyalar yaşanıb. Sözügedən şirkətə bir neçə dəfə cəza tədbirləri görülüb.
- Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert
- Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika
- Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto
- 5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
- Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya
- İlham Əliyev Daşkənddə ziyafətdə - Video
- İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
- Əliyev Daşkənddə tədbirdə iştirak etdi, Qasımov mükafatlandırıldı