Bosniya və Herseqovinanın Srebrenitsa şəhərinin Polyançi-Stari qrad bələdiyyəsində - “Drina” Milli Parkının ərazisində meşə yanğını baş verib.
BUTA.TV xəbər verir ki, yanğın güclü külək səbəbindən geniş əraziyə yayılıb. Alov yaxınlıqdakı təsərrüfatlar üçün təhlükə yaradıb, bəzi binalar yanıb.
Milli Parkın direktoru Radomir Pavloviç deyib ki, Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopteri, yanğınsöndürmə briqadaları və yerli sakinlər gün ərzində alova müdaxilə edib.
Direktor ladin plantasiyalarını xilas etmək üçün əlavə yardım göstərilməsi ilə bağlı müraciət edib.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video