Rusiyanın Moskva vilayətində may ayında 45 yaşlı miqrantı meşədə qoyan iki polis əməkdaşı saxlanılıb. Sentyabr ayında onun meyiti heyvanlar tərəfindən yeyilmiş halda tapılıb.
BUTA.TV Oxu.Az-a istinadən xəbər verir ki, miqrant mayın 19-da Likino-Dulyovo şəhərində saxlanılıb. Jurnalistlərin dediyinə görə, o, sərxoş olub. Həbsdən sonra əcnəbi Dubrovo və Zaqryajskaya kəndləri arasındakı meşəyə aparılıb, hava almaq üçün oradan çıxmasına icazə verilib və daha sonra onu götürməyi unudublar.
Kişi meşədə azıb. Miqrantın meyiti sentyabrda aşkar edilib.
Qeyd olunur ki, hadisə ilə bağlı yerli polis idarəsinin kiçik leytenantı və baş serjantı saxlanılıb. Onlar artıq işdən çıxarılıblar. İstintaqda keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarına vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə mühakimə etməyi planlaşdırılır.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video