Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlərə müraciətində bildirilir.
Hava limanı bəyan edib ki, sərnişinlərin səfərlərini bu halları nəzərə alaraq planlaşdırmaları və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmaları tövsiyə edilir.
O cümlədən, sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün bir sıra tövsiyələrə əməl etmələri məsləhət görülür:
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...
- Hava limanına erkən gəlmək: Bütün təhlükəsizlik və qeydiyyat prosedurlarını rahatlıqla keçə bilməniz üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanında olun.
- Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir, bu imkandan yararlanaraq vaxtınıza qənaət edin.
- Uçuş terminalını əvvəlcədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron biletinizdən və ya aviaşirkətin rəsmi veb-saytından əvvəlcədən öyrənin ki, qarışıqlıq olmasın.
- “Aeroexpress” xidmətindən istifadə etmək: “28 May” metro stansiyasından hava limanına və geri rahat və tıxacdan kənar bir yol seçmək üçün Aeroexpress ictimai nəqliyyatından istifadə edin.
- Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız hava limanında parklanma üçün ayrılmış rəsmi yerlərdə saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Sərnişinləri 5 dəqiqə ərzində düşürüb və ya götürmək üçün xüsusi “drop-off” zonalarından istifadə edin.
- Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.
- Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün: Əgər xüsusi qayğıya ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə məlumat verin ki, hava limanında və təyyarədə sizə lazımi dəstək təmin edilsin.
"Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Səyahətinizi vaxtında planlaşdıraraq rahatlığınızı təmin edin", - deyə müraciətdə qeyd olunub.
- Azərbaycanda cərraha yüksək vəzifə verildi
- Bu şagirdlərdən nələr oğurlamısınızsa, geri qaytarın!
- Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...
- Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək
- Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...