Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib.
2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
“Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb.
Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə Azərbaycan Dəmir Yolları QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb.
Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı