Sevilən uşaq markası “Shokki Mokki” ötən həftə baş tutan təhsil festivalında iştirak edib.
Sentyabrın 2, 3, 4, 5, 6, 7, 8 tarixlərində Blue Mall ticarət mərkəzində keçirilən tədbirə məktəblilər, abituriyentlər, valideynlər və təhsillə maraqlanan hər kəs qonaq olub.
Festival çərçivəsində yaradıcı master klasslar, media nümayəndələri və bloggerlərlə görüş keçirilib.
Musiqili rəqs proqramı, rəsm müsabiqəsi, hədiyyəli yarışlar təşkil olunub.
Təbirdə həmçinin, uşaq yazıçısı Bəhram Bağırzadənin və Lalə Umudun avtoqraf sessiyası baş tutub.
“Shokki Mokki” markası da hədiyyələri ilə balacaları sevindirib.
Daim təhsilə dəstək olan adı çəkilən marka 2 ildir ki, ölkəmizdə uşaqlar üçün olan ən böyük korporativ sosial məsuliyyət layihələrindən olan “Məktəbim”in həyata keçirilməyində böyük dəstək göstərir.
Belə ki, layihə çərçivəsində 70-dən çox xanım işlə təmin olunub, 1000-dən artıq uşaq məktəbəqədər təhsilə cəlb olunub.
“Shokki Mokki” məhsullarını əldə etməklə siz də layihəyə dəstək ola bilərsiniz.
- SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər...
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar