Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevə hökm oxunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı ötən proses sabiq rəisin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
- Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
- Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
- Biləsuvarda güclü qum burulğanı... - Video
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video
- ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!
- Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
- Bu ərazilərdə söküntü gedir - Ünvanlar