Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər.
Bu barədə BUTA.TV-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.
Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.
“Soyundurub videoya da çəkiblər”- Bakıda “bariqanı” oğurlayıb 3 gün işgəncə veriblər
Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. 10 sentyabr tarixində baş vermiş tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək. Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...
- Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video
- Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda
- Bakıda növbəti iqlim tədbiri keçiriləcək
- Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir