İmişlidə 9 aydır itikin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksyası keçirirlər.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.
Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur:
“İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmur. Ona görə də istintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxslər istintaqa cəlb edilsinlər”.
“Soyundurub videoya da çəkiblər”- Bakıda “bariqanı” oğurlayıb 3 gün işgəncə veriblər
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.
Faktla bağlı İmişli Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
Sonradan cinayət işi İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...
- Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video
- Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda
- Bakıda növbəti iqlim tədbiri keçiriləcək
- Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir