Yaşa görə ödənilən 220 manat sosial müavinət olduğu üçün əmək pensiyaları kimi indeksasiya mexanizminə daxil deyil. Lakin dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla biz mütəmadi olaraq yaşa görə verilən müavinətin də artırılmasını müşahidə etmişik. Adətən minimum pensiyada artım baş verən zaman məhz həmin müavinətlərdə də artımlar olur.
BUTA.TV xəbər verir ki, u sözləri Bakı.vs-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, fiskal yükünün hesablanması və bu istiqamətdə addımların atılması ilə bağlı qərarlar 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində bəlli olacaq:
"Pensiyaların indeksasiyası yeni ilin əvvəlindən hesablanır və eyni zamanda minimum pensiyada artımlar baş verirsə, ilin əvvəlinə təsadüf edir.
Gözlənilir ki, minimum əməkhaqqıda artımlar olacaq və bu istiqamətdə işlər gedir. Əgər minimum pensiyada artımlar baş verərsə, yaşa görə müavinətin artırılması ehtimalları kifayət qədər yüksəkdir. Amma bütün hallarda 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində dəqiq məlumat vermək mümkün olacaq".
- Bu ərazilərdə söküntü gedir - Ünvanlar
- "Any Unboxing" dələduzluq piramidasını ifşa edildi
- KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
- Çay sahilində köməksiz qalan şəxs xilas olundu - Video
- Sərraf Orucova hökm oxundu
- Bakı metrosu "Qarabağ"a görə iş rejimini dəyişir
- Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
- Azadlığını nazirliyin qoyunlarına görə qurban verdi